Xaçmaz rayonu Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xudat şəhər sakini Babayev Ramiz Baləhməd oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla Xudat şəhər sakini, 1952-ci il təvəllüdlü Rəhimov Əli Nəriman oğlunu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.