San-Xose federal məhkəməsində (ABŞ, Kaliforniya ştatı) müəyyən ediblər ki, Samsung Electronics şirkəti mobil telefonların istehsalı zamanı Apple korporasiyasının iki patentini pozublar. Məhkəmə Samsung şirkətindən 119 milyon 625 min dollar həcmində təzminat ödənilməsini qərara alıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, məhkəmə həmçinin Apple korporasiyasının Samsung şirkətinin bir patentini pozmasını müəyyənləşdirdiyi üçün Cənubi Koreya istehsalçısına 158,4 min dollar təzminat ödəməsi ilə əlaqədar qərar çıxarıb.
2012-ci ilin avqust ayında məhkəmə Samsung şirkətinin əsas rəqibi olan Apple korporasiyasının bir neçə patentini pozduğu üçün təqsirli bilərək 1,05 milyard dollar məbləğində təzminat ödəməsi ilə əlaqədar qərar çıxarıb.
Sonradan bu məbləğ 405 milyona endirildi, iş isə yenidən baxılmaq üçün məhkəməyə göndərildi.