ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən xarici işlər nazirinin müavini Araz Əzimovun ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət açıqlanarkən bildirilib.
Səfirlikdən ABŞ hökumətinin A.Əzimovun fikirləri ilə razılaşmadığı qeyd olunub.
Qeyd edək ki, A. Əzimov APA-ya müsahibəsində Azərbaycan hökumətinin C.Uorlikin fəaliyyətindən narazılığını dilə gətirib, rəsmi Bakının onun həmsədrlikdən geri çağırılması məsələsini qaldıra biləcəyini vurğulayıb.