"Şuşada üç yaşayış kompleksinin inşası davam etdirilir".
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən kompleks 43 binadan ibarətdir:
"Bu binaların hündürlüyü beş mərtəbədən çox deyil və binaların bu formada inşa edilməsi şəhərin təbii memarlıq üslubunun qorunmasına hesablanıb".
O əlavə edib ki, hazırda Şuşaya 1 411 nəfər (377 ailə) köçürülüb:
"Birinci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina sakinlərin istifadəsinə verilib".