Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yağıntılı hava davam edir, bəzi rayonlarda qar örtüyünün hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA
Saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 47, Astarada 40, Balakəndə 19, Yardımlıda 13, Lerikdə 12, Bakıda və Abşeron yarımadasında 11, Oğuzda 10, Qəbələ və Şəkidə 9, Neftçalada 7, Tərtər, Mingəçevir, Göyçay, Zərdab, Cəfərxan və Gəncədə 4, Göygöl, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, İsmayıllı, Şamaxı, Gədəbəy və Sədərəkdə 3, Quba, İmişli, Qusar, Bərdə və Daşkəsəndə 2, Ağsu, Yevlax, Şəmkir, Naftalan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Ağdamda 1 mm-dir.
Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 13, Şahdağda 9, Qusar (Laza), Qaxda (Sarıbaş) 3, Xınalıq, Xaltan və Qrızda 1 sm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sürücülərin DİQQƏTİNƏ: Martın 22-də avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- Sabah yağış intensivləşəcək, rayonlara dolu düşəcək - 22.03.2025
- Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
- Sabah Azərbaycan ərazisində avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq