Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında səhər hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı və cənub-qərb küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gündüz hava şəraiti buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək.
Axşam dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 4-6, gündüz 7-11 dərəcə isti, axşam 4 dərəcəyədək isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.