Mərhum Xalq artisti Yaşar Nurinin böyük qızı Ülviyyə Yaşarqızı noyabrın 15-də səhər saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Onun bacısı Ülkər Yaşarqızı hadisə ilə bağlı Baku TV-yə danışıb.
"Bacım gecə saat 4-ün yarısı mənə zəng edib "özümü çox pis hiss edirəm, anama tez gəlməsini söylə" dedi. Anam ora çatana qədər bacımın qızı məni görüntülü zənglə yığıb "xala, qorxuram. Anam yerə yıxılıb" dedi. Kameranı bacıma tərəf çevirəndə gördüm ki, o, bir nöqtəyə baxır, həyatını itirib", - deyə Ülkər Yaşarqızı bildirib.
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızının ölüm səbəbi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ü.Yaşarqızı ürək çatışmazlığından vəfat edib.
Xatırladaq ki, Ü.Yaşarqızı bu gün gecə saat 4-də dünyasını dəyişib.
Məhərrəm Əliyev
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Elgizlə izlə" proqramında deyilib.
Məlumata görə, o bu gün dünyasını dəyişib.
Y.Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib ki, gecə saat 4-də qızın qəfildən halı pisləşib və dünyasını dəyişib:
"Gündüz gülüb-danışdıq. Axşam zəng etdi ki, gəl. Qəfildən oldu".
Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər Nuri isə müğənnidir. O, bir neçə il əvvəl avtomobil qəzasında həyat yoldaşını itirib.
