"Yaxın perspektivdə Şuşada əlavə dəmir yolu stansiyasına ehtiyac olmayacaq".
Bu sözləri Oxu.Az-ın sualına cavab olaraq Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Onun sözlərinə görə, Xankəndi ilə Şuşa arasındakı məsafə artıq qısalır:
"Bildiyiniz kimi, yol yenidən qurulur və məsafə bir neçə kilometr azalacaq. Hazırda biz Şuşanın mərkəzindən Xankəndinin mərkəzinə təxminən 10-15 dəqiqəyə çata biliriksə, gələcəkdə bu vaxt daha da azalacaq.
Bu baxımdan düşünürəm ki, yaxın perspektivdə əlavə dəmir yolu stansiyasına ehtiyac olmayacaq. Hazırda nəzərdə tutulan odur ki, Xankəndi stansiyası şəhərdən bir qədər kənarda, Şuşaya yaxın ərazidə yerləşəcək. Bu isə həm Şuşaya gəlmək istəyən ziyarətçilər, həm də bölgəyə səfər edən insanlar üçün rahat olacaq".