Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeddi yaşlı Yunis yenidən əməliyyat olunmalıdır: "Nə yemək yeyir, nə su içir"
Yeddi yaşlı Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aytən Süleymanlı məlumat verib.
O bildirib ki, övladı bir müddət öncə damağından əməliyyat olunub:
"Yunisin yeddi yaşı var. O, doğum zamanı başından travma almışdı, həmin gündən də buna görə müalicələr etmişik. Həkim müalicələrini davamlı etsək, başında olan şişin çəkiləcəyini demişdi. Bir müddət əvvəl oğlumun yanaq hissəsindən diş çıxmağa başladı. Keçəcəyini, düzələcəyini gözləsək də, belə olmadı. Məcbur qalıb onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Həkim oğlumun damağında kista yarandığını dedi və əməliyyatla onu götürdülər. Bir müddət sonra Yunisdə eyni vəziyyət təkrarlandı və oğlum yenidən əməliyyat olundu".
Gənc ana övladının yardıma ehtiyacı olduğunu deyib:
"Yunis sentyabr ayında sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olundu, ilk dövrlər hər şey yaxşı olsa da, onun yanağı yenidən şişməyə başladı. Həkimlə danışdıq, bizi müayinəyə dəvət etdi. Yenidən müayinə zamanı bizə Yunisin təkrar əməliyyata ehtiyacı olduğu deyildi. Hazırda əməliyyat üçün 2000 manata ehtiyacımız var. Yunisin üzü şişib, nə yemək yeyə, nə su içə bilir. Bir ana üçün övladının bu cür əziyyət çəkməsi, inanın ki, çox ağırdır. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (099) 328-13-23.
Beynəlxalq Bank: 5522 0993 6360 0404.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bədəni yanan biryaşlı Tunarın dəstəyə ehtiyacı var
- On yaşlı Məryəmin təcili müalicəyə ehtiyacı var
- Üç övladı da ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir
- Beş yaşlı Nuray yeriməsini tamamilə itirə bilər: Təcili əməliyyat tələb olunur
- Bir yaşlı Aylinin dəstəyə ehtiyacı var: "Nə gəzə, nə də öz tarazlığını qoruya bilir"
Rəylər