Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cənubi Koreyada bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək
Ötən gün Cənubi Koreyada "Boeing 737-800" təyyarəsinin Muan hava limanında qəzaya uğramasından sonra ölkədə "Jeju Air" aviaşirkətinin balansında olan bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək.
Oxu.Az bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Cənubi Koreyada olan 41 "Boeing 737-800" təyyarəsinin 39-u "Jeju Air" aviaşirkətinin balansındadır.
Məlumat üçün əlavə edək ki, son məlumata əsasən, Cənubi Koreyada "Boeing 737" təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 179 nəfər həyatını itirib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada bombalı insident: İki zabit vəzifədən uzaqlaşdırıldı
- Şimali Koreya Sarı dənizə doğru ballistik raket atdı
- ABŞ və Cənubi Koreya genişmiqyaslı hərbi təlimlərə başladılar
- Həbsdən azad edilən Yun Sok Yolu həbsxananın qarşısında çoxlu tərəfdarı qarşılayıb
- Cənubi Koreya prezidenti həbsdən azad edilib