Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su borusu yenidən partlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində sakinlər üçün çətin vəziyyət yaranıb.
Belə ki, su borusunun partlaması nəticəsində küçələr keçilməz olub və sakinlərin gediş-gəlişi və məişəti üçün problemlər yaranıb.
Məsələ ilə bağlım aidiyyəti qurumlara sorğu verilib.
Qeyd edək ki, bu ərazidən keçən su xəttində fevralın sonlarında qəza baş vermiş və fevralın 24-də qəza aradan qaldırılmışdı.