Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zaqatala sakini Rusiyada yol-nəqliyyat hadisəsində ölüb
Zaqatala rayon sakini Rusiya Federasiyasında yol-nəqliyyat hadisəsində ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 3-də Rusiya Federasiyasının Tolyatti şəhərində baş verib. 1973-cü il təvəllüdlü, Zaqatala rayonunun Yeni Suvagil kənd sakini Namiq Bilal oğlu Məmmədov velosipedlə hərəkətdə olarkən avtomobillə vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Məmmədov dünyasını dəyişib. Onun meyiti bu gün Zaqatalanın Yeni Suvagil kəndinə gətirilərək dəfn olunacaq.
N.Məmmədov Tolyatti şəhərində tikintidə işləyirmiş, ailəsi Yeni Suvagil kəndində yaşayır.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar