"Yurdumuzdan illərlə ayrı düşmək olduqca ağırdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edən Zeynəb Mustafayeva deyib.
O bildirib ki, illərlə köçkünlük həyatı yaşasalar da artıq onların çətin günləri geridə qalıb:
"Şükür Allaha ki, çətin günlər arxada qaldı. Oradan çıxanda qızımın beş yaşı var idi. İndi isə nəvəm var. Öz yurdumuza qovuşduruğumuz üçün çox xoşbəxtik.
Bu günləri bizə yaşadan Ali Baş Komandanımız cənab İlham Əliyevə, Mehriban Əliyevaya, qazilərimizə, veteranlarımıza öz adımdan, ailəmiz adından öz təşəkkürümü bildirirəm. Allahdan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".
Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə 154 nəfər köçürülür.