"Yaşılyarpaqlı tərəvəzlərin müntəzəm istehlakı ürək xəstəliklərinin yaranması riskini təxminən 11%, ürək-damar xəstəliklərindən ölüm ehtimalını isə təxminən 21% azaldır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı professor Oleq Medvedev NEWS.ru-ya müsahibəsində danışıb.
Oleq Medvedevin sözlərinə görə, yaşılyarpaqlı tərəvəzlərin müsbət təsiri birbaşa bu bitkilərin unikal xüsusiyyətləri ilə bağlıdır ki, bunlar insan orqanizmində bir sıra qoruyucu biokimyəvi prosesləri işə sala bilər.
"Göyərtilər tərkibindəki nitratlara görə faydalıdır. Ağızdakı bakteriyalar onları azot oksidinə çevirir ki, bu da damarları genişləndirir, qan təzyiqini bir qədər aşağı salır və çöküntülərin toplanmasının qarşısını alır. Bu maddələr ispanaq, rukkola və çuğundur yarpaqlarının tərkibində mövcuddur", - deyə ekspert izah edib.
Tərəvəzlər, həmçinin orqanizmi hüceyrələrin zədələnmədən qorunması üçün antioksidantlar, xolesterin və şəkər səviyyələrinə nəzarət etmək üçün lif, eləcə də damarlarda iltihabı aradan qaldırmaq üçün fitokimyəvi maddələrlə təmin edir. Bu prosesi işə salmaq üçün göyərtiləri yaxşıca çeynəmək lazımdır.
Bitkimənşəli rasion 2-ci tip diabetin yaranması riskini azaldır və aşağı enerji sıxlığı səbəbindən çəkiyə nəzarət edilməsinə kömək edir.