“Cinema Plus” kinoteatrında “Bir qatilin etirafı" filminin təqdimatı keçirilib.
MEDİ-ART Psixi Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə hazırlanan film hər 6 saniyədə dünyada 1 nəfərin ölümünə fərman verən qatildən-siqaretin zərərlərindən bəhs edir.
“Bir qatilin etirafı” qısametrajlı filmin anti-qəhrəmanı cəlbedici qız obrazında olan siqaretdir. Film boyu bir gəncin beynini dumanlandıran, onu hər vasitə ilə cəngindən buraxmamağa çalışan bu qatil sonda məqsədinə çatır. Filmin sloqanında da cərəyan edən hadisələrə, süjet xəttinə uyğun olaraq seçilib.
Daha ətraflı Baku TV-nin süjetində: