Dek
2019
11:51
15
196
8129
Virtual karabakh

10 yaşlı Tovuz sakini qəzadan sonra itkin düşüb - İstintaq versiyası

Tovuzda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızı yol-nəqliyyat hadisəsinin qurbanı olub. Bu, istintaqın indiyə qədər irəli sürdüyü ən çox ehtimal olunan versiyadır.

Qeyd edək ki, Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyeva noyabrın 21-i saat 15:00-da qonşularında toy mərasimi zamanı itkin düşüb.

Oxu.Az-ın Tovuz Rayon Polis Şöbəsinə istinadla verdiyi məlumata görə, qız sonuncu dəfə əmisi Lətif Quliyevin evində görünüb.

Toy günü hava soyuq olub və qız yüngül geyindiyindən əmisi Arif Quliyev gödəkçəsini uşağa verib.

Bir neçə saat sonra qızın atası Quliyev Şərif Qəşəm oğlu onu yanına çağırıb və əmisinin pencəyini qaytarmasını tapşırıb.

Yeri gəlmişkən, qeyd edək ki, qardaşların evləri arasındakı məsafə 8-10 metrdir. Gödəkçəni Arif əmisinə verən uşaq Lətif əmisinin evinə gedib. Oradan evlərin arasından keçən yola girib və yoxa çıxıb.

Qızın maşınla vurulduğu ehtimal olunur. Versiyaya görə, sürücü yaralıya tibbi yardım göstərmək üçün onu götürüb, ancaq yolda uşağın ölməsi mümkündür. Bu vəziyyətdə sürücü, çox güman ki, cəsəddən qurtulmaq üçün onu haradasa gizlədib.

Təəssüf ki, kənd ərazisində itkin düşən qızın hərəkətini izləməyə imkan verəcək tək bir müşahidə kamerası belə yoxdur.

Qızın itməsi ilə bağlı istintaq davam edir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri