24 
Yan
2022
10:50
19
134
1274
Virtual karabakh

Baş prokuror dayandırılan cinayət işlərinin sayını AÇIQLADI

24 Yan, 2022
10:50
1274

Baş prokuror dayandırılan cinayət işlərinin sayını AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-ci il üzrə prokurorluq orqanlarında istintaq olunmuş cinayət işlərinin sayı 2 895 olub. Bu il əvvəlki illərlə müqayisədə prokurorluq orqanlarında başlanılan cinayət işlərinin sayı az olub”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.

K.Əliyevin sözlərinə görə, buna baxmayaraq, məhkəməyə göndərilən işlərin sayında artım dinamikası müşahidə edilir:

“Prokurorluq orqanları tərəfindən 970 cinayət işi məhkəməyə göndərilib. Ötən il bu rəqəm 795, ondan əvvəlki ildə isə bu rəqəm 954 olub. Xitam verilən cinayət işlərin sayı isə 518 olub. Burada müsbət dinamika müşahidə edilir. Azalma əsasən əsassız intihar hadisələri ilə başlanılan cinayət işlərinin nəticəsidir. Dayandırılan cinayət işlərinin sayı isə 646 olub”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri