Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda Olimpiya Kompleksində qətl törədən tanınmış məşqçinin oğludur - YENİLƏNİB - VİDEO
Bakıda Olimpiya Kompleksində qətl törədən tanınmış məşqçinin oğludur.
“Qafqazinfo”nun məlumatına görə, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.
Tərəflərin mübahisəsinə isə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turana irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.
Qeyd edək ki, bu gün Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
18:45
Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
17:58
Şağanda idman arenasında gənclər arasında dava olub, ölən var.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI
- Sumqayıtda 33 yaşlı kişi bıçaqlandı - Sevgilisi şübhəli bilinir
- Sumqayıtda reabilitasiya mərkəzində yanğın: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Sumqayıtda mərasim evinin fəaliyyəti dayandırıldı
- Sumqayıtda qadın həmcinsini bıçaqladı: TƏBİB-dən AÇIQLAMA