13 
Mar
2018
16:16
61
83
3823
Virtual karabakh

“CinemaPlus” “Stalinin ölümü”nü göstərəcək – VİDEO

13 Mar, 2018
16:16
3823

“CinemaPlus” “Stalinin ölümü”nü göstərəcək – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın premium kinoteatrı “CinemaPlus” çoxdan gözlənilən “Stalinin ölümü” komediya filminin nümayişinə başlayır.

Film fransız Fabyen Nuri və Tyerri Robinin komiksləri əsasında çəkilib. Filmdə Nikita Xruşov və Stalinin qızı rolunu aktyorlar Stiv Buşemi və Andrea Rayzboro oynayıb. 

Satirik komediyanın rejissoru britaniyalı Armando İannuççidir. 

Rollarda Olqa Kurilenko, Stiv Buşemi, Saymon Rassel Bil, Peddi Konsidayn, Rupert Frend, Ceyson Ayzeks, Maykl Peylin, Andrea Rayzboro, Ceffi Tembor çəkiliblər.

Qısaca film haqqında: SSRİ, 1953-cü il. Ölkə bir şəxsin qarşısında qorxudan əsir. 5 mart tarixində baş katib vəfat edir. Dahi rəhbər getdikdə hakimiyyət uğrunda mübarizə başlayır. Mübarizə başlayır!...

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri