Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Çingiz Abdullayevdən 203 min manatla bağlı suala cavab: “Bu sözü soruşmağa utanıb, ölmürsən?” - VİDEO
“Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Onları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Bu sözü məndən soruşmağa utanmırsınız?”
“Report” xəbər verir ki, bunu Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın çoxluğu ilə bağlı iddialara cavab verərkən deyib.
O bildirib ki, ayırılan vəsaitdən daha çox pul çox xərclənib:
“Gəlib neçə gündür burada qalanların mehmanxana pulu, yeyib-içmək pulu, rayonlardan gələnlərin yolpulu... İçəri girəndə posterlərə baxmamısınız? Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısıdan soruşursunuz pullar hanı? Utanıb ölmürsüz?”
Rəylər