16 
Mar
2023
02:48
88
8
2039
Virtual karabakh

Tarantino son filmini çəkir: Ssenari hazırdır - FOTO

16 Mar, 2023
02:48
2039

Tarantino son filmini çəkir: Ssenari hazırdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud rejissoru Kventin Tarantino yeni və ehtimal ki, son filminin ssenarisi üzərində işini başa çatdırıb.

Məlumata görə, ssenari “Kino tənqidçisi” (“The Movie Critic”) adlanır və 1970-ci illərin sonunda Los-Ancelesdə baş verən hadisələr təsvir edilir.

Qeyd olunur ki, film amerikalı jurnalist və ən nüfuzlu kino tənqidçilərindən biri Polin Keylə həsr oluna bilər.

İnsayderlərin məlumatına görə, çəkilişlərə bu ilin payızında başlanması planlaşdırılır, lakin indiyədək Tarantino heç bir kinostudiya ilə müqavilə imzalamayıb.

Mənbə: “The Hollywood Reporter”

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri