Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Beynəlxalq və Azərbaycan ekspertləri revmatoid artritin sosial-iqtisadi təsirlərini müzakirə ediblər - FOTO](https://images.oxu.az/2023/02/20/11/05/55/f0719811-e1f7-43f7-a2aa-ae3dba37dd24/03ecb63b-13a6-4403-a89d-f92d39f8c523:1200.jpg)
Beynəlxalq və Azərbaycan ekspertləri revmatoid artritin sosial-iqtisadi təsirlərini müzakirə ediblər - FOTO
Fevralın 18-də Bakıda “Azərbaycanda revmatoid artritin (RA) yayılması və sosial əhəmiyyəti. Müasir müalicə yanaşmaları” adlı dəyirmi masa keçirilib. Toplantı RA-nın müalicəsinin aktual məsələlərinə, pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və innovativ terapiyanın əlçatanlığının artırılmasına həsr edilib.
Tədbir Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq başlayıb.
Dəyirmi masanın təşkilatçısı kimi “R-Pharm” SC-nın Azərbaycandakı nümayəndəliyi çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri, aparıcı xarici və Azərbaycan revmatologiya mütəxəssisləri və tibb müəssisələrinin nümayəndələri ilə birlikdə erkən diaqnozun vacibliyini, pasiyentlər üçün müasir terapiyanın əlçatanlığını və RA-nın sosial-iqtisadi əhəmiyyətini müzakirə ediblər.
Revmatoid artrit oynaqların mütərəqqi destruksiyası, daxili orqanların zədələnməsi ilə xarakterizə olunan, qaçılmaz olaraq əlilliyə və xəstələrin ömrünün azalmasına səbəb olan ağır autoimmun xəstəliyidir. Revmatoid artritin sosial-iqtisadi ciddi nəticələri ondan ibarətdir ki, başlanmasından 3-5 il sonra əlilliyə səbəb olan bu xəstəlik, əsasən gənc nəslin həyat səviyyəsinə və əmək qabiliyyətinə mənfi təsir göstərir.
Əsas məruzəçi qismində professor Ahmet Gül (İstanbul Universitetinin Tibb Fakültəsi), tibb elmləri namizədi, doktor Mixail Yuriyeviç Samsonov (“R-Pharm” SC-nın Tibb departamentinin direktoru), doktor Rəşad Cəfərov (Mərkəzi Hərbi Hospitalın Revmatologiya şöbəsinin müdiri), tibb elmləri doktoru, professor Nadir Hüseynov (Azərbaycan Tibb Universiteti), doktor Şirxan Əmikişiyev (İstanbul Universitetinin Tibb Fakültəsi), tibb üzrə fəlsəfə elmləri doktoru, doktor Şəhla Qədiyeva (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) və doktor Nümunə Əliyeva (Liv Bona Dea klinikası) çıxış ediblər.
Həkimlər Artlegia (olokizumab) preparatının təyin edilməsi təcrübəsini və Azərbaycanda pasiyentlərin müalicəsinin nəticələrini bölüşüblər. Klinik halların təhlili zamanı mütəxəssislər öz pasiyentlərinin nümunəsində, vaxtında başlayan adekvat terapiyanın, innovativ preparatlarla müalicənin və həkim tərəfindən müntəzəm monitorinqin pasiyentin vəziyyətini yaxşılaşdıraraq və əlilliyini aradan qaldıraraq, uzunmüddətli remissiyasına səbəb ola biləcəyini göstəriblər.
Konfransın sonunda iştirakçılar RA-nın düzgün diaqnozunun əsas aspektlərini müzakirə edərək, vaxtında qoyulan düzgün diaqnozun gələcəkdə pasiyentlərin gündəlik həyatının yüksək keyfiyyətini təmin edəcəyini vurğulayıblar.
Artlegia (olokizumab) - orta və ya yüksək aktivlik dərəcəli RA olan xəstələrin müalicəsi üçün qeydiyyata alınan reseptoru deyil, birbaşa İL-6-nı bloklayan ilk və yeganə İL - 6 inhibitorudur. Preparat, dünyanın 19 ölkəsində 2440 pasiyentin iştirakı ilə genişmiqyaslı III faza tədqiqat proqramında öz effektivliyini və təhlükəsizliyini sübuta yetirib. 2020-ci ilin sonunda preparat Azərbaycanda qeydiyyata alınıb. Yaxın vaxtlarda onun Bakıda yerləşən "R-Pharm" zavodunda istehsalı planlaşdırılır.
Rəylər