“BMW X2” premium kompakt avtomobil seqmentinə ilk dəfə “Sports Active Coupe” (SAC) konseptini təqdim edən avtomobildir. İndi səhnəyə daha fərqli və daha innovativ ikinci nəsil gəlir. Eksteryer dizaynında nəzərəçarpacaq dərəcədə artırılmış ölçülər və aydın kupe silueti yeni “BMW X2”nin inkişafındakı sıçrayışı aydın şəkildə nümayiş etdirir.
Yeni “BMW X2” və onun yüksək gərginlikli akkumulyatorları Almaniyanın Regensburg şəhərindəki “BMW Group” zavodunda bir konveyerdə istehsal olunur.
Eksteryer dizaynı: Dinamik xətləri və inamlı görünüşü ilə əsl “Sports Activity Coupé” (SAC)
Yeni “BMW X2”nin uzunluğu 194 mm., eni 21 mm., və hündürlüyü 64 mm., artıb. Bundan əlavə, daha uzun təkər bazası həm beş oturacaqda, həm də baqaj bölməsində yeri daha da genişləndirir.
Ön tərəfin fərqləndirici elementləri diqqəti çəkən LED fənərlər və “BMW Iconic Glow” işıqlandırması ilə əldə edilən, altıbucaqlı radiator barmaqlığıdır. Seçimlər siyahısında həmçinin göz qamaşdırmayan adaptiv LED fənərlər var.
“M Sport” paketi bütün model variantları, o cümlədən yeni “BMW iX2” üçün mövcuddur. Seçimlər siyahısına həmçinin “M Sport Pro” paketi daxildir ki, bu paket digər yeniliklərlə yanaşı, genişləndirilmiş “M M High-gloss Shadowline” elementləri, “M Shadowline” fənərlər, M arxa spoyler və qırmızı rəngə boyanmış “M Sport” əyləc sistemini əlavə edir.
Müştərilər “BMW X2” üçün 13 eksteryer boya variantından, o cümlədən yeni “Fire Red Metallic” boyasınan birini seçə bilərlər. Seçim olaraq “BMWIndividual”dan iki tutqun “Frozen” çalarları da mövcuddur.
İdman üslubunda premium atmosfer; mükəmməl funksionallıq
Yeni “BMW X2”nin interyeri idman üslubunda, premium atmosferi təcəssüm etdirir. “BMW Curved” displeyin yerləşdiyi alət paneli salona inteqrasiya olunmuş “üzən” qoltuqaltı ilə birləşdirilib. Mərkəzi konsolun ön hissəsində iki stəkan saxlayıcı, dolayı işıqlandırma və simsiz enerji doldurma ilə smartfon qabı var.
Yeni dizayn edilmiş oturacaqlar, həmçinin standart parça üzlüklərə alternativ olaraq perforasiya edilmiş Veganza və Vernasca dəri işləməsi ilə də mövcuddur. Müştərilər, həmçinin idman tipli oturacaqlar, yaddaş funksiyalı elektriklə tənzimlənən oturacaqlar, bel dəstəyi və masaj funksiyası ilə oturacaqlar sifariş verə bilərlər. Əlavə təkmilləşdirmələr həm akustik rahatlıq üçün, həm də sərnişinlərin qorunması üçün edilib. Artıq standart avadanlığa - sürücü və ön sərnişin oturacaqları arasında hava yastığı daxildir.
Komfort və təhlükəsizlik üçün sürücüyə müasir yardım sistemləri
Yeni “BMW X2”də mövcud olan standart və istəyə bağlı avtomatlaşdırılmış idarəetmə və parkinq yardım sistemləri həm gündəlik sürərkən, həm də uzun səyahətlərdə rahatlığı və təhlükəsizliyi artırır. Standart xüsusiyyətlərə irəlidə təhlükə xəbərdarlığının ən son versiyası, əyləc köməkçisi ilə kruiz kontrolu, sürət həddi məlumatı və zolaqdan geri dönmə ilə zolaqdan ayrılma xəbərdarlığı daxildir. “Parking Assist” sistemi, o cümlədən arxa kamera və geriyə dönmə köməkçisi də standart avadanlıq kimi daxil edilib.
Eyni zamanda, əlavə funksiyalar sırasına sükanı idarəetmə köməkçisi və zolaqda saxlama köməkçisi, dayan və get funksiyası ilə aktiv kruiz kontrol, aktiv naviqasiya, çıxış xəbərdarlığı və “BMW Head-Up” displeyi, həmçinin ətraf görünüş sistemləri də daxildir.
Genişləndirilmiş standart avadanlıq, məqsədyönlü fərdiləşdirmə
Yeni avadanlıq paketləri avtomobilin məqsədyönlü şəkildə fərdiləşdirilməsinə imkan verir. Seçimlər siyahısında diqqət çəkən məqam tünd şüşəli səthi hər iki tərəfdən ön şüşəyə və dam çərçivəsinə qədər uzanan panorama şüşə tavandır.
“BMW X2” “xDrive 20i” modeli Bakıda 18% ƏDV daxil olmaqla 49 573 avro start qiyməti ilə mövcuddur. Alıcıların 4 il və ya 200 000 km-ə qədər, hər hansının birinci olmasından asılı olaraq, zəmanət müddəti seçmək imkanı var. “BMW X2” “xDrive 20i” ilə yanaşı, şirkət müştərilərə tam elektrikli “iX2 xDrive30” modelini də təklif edir.
“Improtex Motors” haqqında:
“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “BMW i”, “MINI”, və “YAMAHA” motosikletlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.
Daha ətraflı məlumat üçün satış-sərgi salonu və texniki xidmət mərkəzi ilə əlaqə saxlaya bilərsiniz:
Satış-sərgi salonu: (050) 207 17 80 / 90, (051) 230 19 99, 215 17 14
Texniki xidmət mərkəzi: (050) 268 33 05/ 06 / 07
Rəylər