Uzun illər ərzində "MacBook" hər kəs üçün nəzərdə tutulmuş notbuk kimi qəbul edilmirdi: bəzi istifadəçiləri "macOS"a keçid düşündürür, digərlərini isə "Windows" əsaslı modellərlə müqayisədə daha yüksək qiymət çəkindirirdi.
"MacBook Neo Apple" ekosistemi ilə tanış olmaq və "Mac"in əsas üstünlüklərindən daha əlçatan qiymətə yararlanmaq istəyən istifadəçilər üçün hazırlanıb. Bu, anodlaşdırılmış alüminium korpusa malik, "MacBook" xəttinin əsas xüsusiyyətlərini özündə birləşdirən tamfunksiyalı noutbukdur.
Alüminium korpus istiliyin səmərəli şəkildə xaric olunmasına kömək edir və daxili komponentlərin etibarlı qorunmasını təmin edir. Passiv soyutma sistemi sayəsində notbuk demək olar ki, səssiz işləyir.
Gündəlik istifadə üçün yaradılıb
"MacBook Neo" M seriyası əvəzinə A seriyalı çiplə təchiz olunan ilk "Mac" modelidir. "Noutbukda iPhone 16 Pro"da istifadə olunan "A18 Pro" prosessoru quraşdırılıb.
Yüksək enerji səmərəliliyi sayəsində "A18 Pro" 16 saata qədər avtonom işləmə imkanı yaradır və sənədlərlə, cədvəllərlə işləmək, videozənglər etmək, internetdə axtarış aparmaq və fotoşəkilləri redaktə etmək kimi gündəlik tapşırıqların öhdəsindən rahatlıqla gəlir.
"MacBook Neo" "Blush", "Indigo", "Silver" və "Citrus" olmaqla dörd rəngdə təqdim olunur. Model alüminium korpus, milyard rəng dəstəkləyən 2408×1506 icazəli 13 düymlük "Liquid Retina" ekran, 1080p kamera və məkan səsi (Spatial Audio) dəstəyi ilə təchiz edilib.
Peşəkar istifadəçilər üçün nəzərdə tutulan "MacBook Pro" və universal premium həll olaraq qalan "MacBook Air"dən fərqli olaraq, "MacBook Neo" daha geniş istifadəçi auditoriyası üçün hazırlanıb. Bu model təhsil, sənədlərlə iş, onlayn dərslər, videozənglər, multimedia məzmununa baxış və digər gündəlik tapşırıqlar üçün uyğun seçimdir.

Hər şey intuitivdir, sadəcə bir qədər fərqli
Bir çox "Windows" istifadəçisi hələ də "macOS"a keçidi çətin proses hesab edir. Ən çox verilən suallar proqramların uyğunluğu, faylların köçürülməsi və yeni sistemə uyğunlaşma ilə bağlı olur.
Praktikada isə uyğunlaşma adətən çox vaxt tələb etmir. "macOS"un interfeysi intuitiv quruluşa malikdir və gündəlik əməliyyatların əksəriyyəti istifadəçilərə tanış prinsiplərlə işləyir.
"Dock" paneli tətbiqlərə sürətli çıxış imkanı yaradır və istifadəçinin seçimlərinə uyğun olaraq fərdiləşdirilə bilir. Klaviatura qısayollarının böyük hissəsi "Windows" istifadəçilərinə tanışdır. Əsas fərq "Ctrl" düyməsinin yerinə "Cmd" (⌘) düyməsinin istifadə olunmasıdır.
"Spotlight" isə "macOS"un ən faydalı alətlərindən biridir. O, faylları və tətbiqləri tapmağa, hesablamalar aparmağa, müxtəlif ölçü vahidlərini çevirməyə və məlumatları sürətlə əldə etməyə imkan verir.

"Mac"ı fərqləndirən xüsusiyyətlər
Tətbiqlərin quraşdırılması və silinməsi. "macOS"da bir çox tətbiq sadəcə "Applications" qovluğuna köçürülməklə quraşdırılır. Silmək üçün isə tətbiqi Səbətə göndərmək kifayətdir.
Yuxu rejimindən sürətli çıxış. "MacBook Neo" qapaq açıldıqdan dərhal sonra smartfon kimi anidən işə hazır olur və istifadəçiyə sənədlərə, brauzerə və digər tapşırıqlara sürətlə qayıtmağa imkan verir.
Təhlükəsizlik. "macOS" daxili təhlükəsizlik alətləri ilə təchiz olunub və "FileVault" vasitəsilə məlumatların şifrələnməsini dəstəkləyir. "Find My Mac" funksiyası isə cihaz itirildikdə onun yerini müəyyən etməyə kömək edir.
Sistem yeniləmələri. İstifadəçilər "macOS" yeniləmələrinin nə vaxt quraşdırılacağını özləri seçə bilirlər. Yeniləmə prosesi sadədir və əlavə sazlama tələb etmir.
"Apple" ekosisteminin üstünlükləri
Əgər siz artıq "iPhone" istifadəçisisinizsə, "Mac"a keçid daha rahat olacaq. "AirDrop" faylları smartfon və notbuk arasında sürətlə ötürməyə, "Handoff" isə sənəd üzərində işi bir cihazda başlayıb digər cihazda davam etdirməyə imkan verir.
Mesajlar, qeydlər və digər məlumatlar "Apple" hesabı vasitəsilə cihazlar arasında sinxronlaşdırılır.
Bundan əlavə, "iPhone"a daxil olan zəngləri birbaşa "Mac" üzərindən cavablamaq mümkündür. Smartfon başqa otaqda olsa belə, əlaqədə qalmaq rahatlığını qoruyursunuz.
Mac üçün proqramları haradan əldə etmək olar?
Populyar tətbiqlərin böyük əksəriyyəti artıq "macOS" üçün əlçatandır. "Microsoft 365", "Google Workspace", "Zoom", "Telegram", "Slack", "Spotify", həmçinin "Chrome" və "Edge" brauzerləri "Mac"də tam funksional şəkildə işləyir.
Əlavə proqram və alətlərə ehtiyacı olan istifadəçilər üçün "MacPaw" tərəfindən yaradılmış "Setapp" xidməti mövcuddur. Bu platforma "macOS" və "iOS" üçün müxtəlif tətbiqləri vahid abunə çərçivəsində təqdim edir.
"Setapp" istifadəçilərə məhsuldarlıq, ofis işi, dizayn, inkişaf və digər sahələr üzrə 270-dən çox tətbiqə çıxış imkanı yaradır.

MacBook Neo-ya keçməyə dəyərmi?
Bu gün "Mac"a keçid əvvəlkindən daha sadədir. "MacBook Neo macOS"un əsas üstünlüklərini daha geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulmuş cihazda təqdim edir.
Model təhsil, iş, ünsiyyət, kontent yaradılması və digər gündəlik tapşırıqlar üçün uyğundur. Uzunmüddətli avtonom işləmə, səssiz soyutma sistemi və "Apple" ekosistemi ilə inteqrasiya istifadəçilərə ilk gündən rahat təcrübə təqdim edir.
"Apple Intelligence" dəstəyi isə əlavə imkanlar yaradır. "A18 Pro" çipi süni intellekt funksiyalarının bir hissəsini birbaşa cihaz üzərində emal etməyə imkan verir ki, bu da məlumatların məxfiliyinin qorunmasına və bulud xidmətlərindən asılılığın azalmasına kömək edir.
Əgər uzun müddətdir "Mac"a keçməyi düşünürsünüzsə, "MacBook Neo Apple" ekosistemi ilə tanış olmaq üçün əlverişli seçim ola bilər.
"MacBook Neo" artıq Azərbaycanda "Apple"ın rəsmi səlahiyyətli tərəfdaşlarında 1499 AZN-dən başlayan qiymətlə satışdadır. İyunun 21-dək isə əlavə 120 AZN üstünlüklə cihazı cəmi 1349 AZN-ə "iSpace", "Kontakt", "Irshad", "Baku Electronics" və "ByTelecom" mağazalarından əldə etmək mümkündür.
Bundan əlavə, hissə-hissə ödəniş və "Trade"in proqramlarından yararlanmaq mümkündür.
"MacBook Neo" və digər "Mac" modelləri rəsmi tərəfdaşların fiziki mağazalarında nümayiş olunur. Siz cihazla yaxından tanış ola, onun imkanlarını sınaqdan keçirə və sizin üçün uyğun modeli seçə bilərsiniz.