Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Olivia"nın yeni reklam çarxı bütün ölkəyə səs saldı: "S.O.S" fərqli təqdimatda
"Olivia" mağazalar şəbəkəsi öz müştərilərini sevindirərək gözəllik və özgüvən anlayışını tamamilə yenidən yazan bir kampaniyaya start verib. Şəbəkə "Yeni sezona hazır ol" kampaniyasının siması olaraq Azərbaycanın sevilən ulduzu Aygün Kazımova ilə birlikdə möhtəşəm bir layihəyə imza atıb.
Layihənin ən maraqlı tərəfi pop-diva Aygün Kazımovanın ən son hit mahnısı "S.O.S"-un yeni formatda təqdimatı olub. Yeni versiyada "İstədiyin kimi ol", "Cəsarətli ol" mesajlarını səsləndirən Kazımova hər kəsi öz fərdiliyini kəşf etməyə, gözəlliyini istədiyi kimi nümayiş etdirməyə çağırır. Qeyd edək ki, bu mesajlar "Olivia"nın öz brend fəlsəfəsini təmsil edir.
Yalnız kampaniyanın deyil, bu sezon üçün brendin siması kimi çıxış edən pop-diva qüsursuz görüntüsü və ifası ilə reklam çarxına xüsusi rəng qatıb. Üstəlik, Aygün Kazımovanın hit mahnısı "S.O.S"-in açılışının brendə adaptasiyası da izləyicilər tərəfindən çox maraqla qarşılanıb. Belə ki, reklam çarxında Kazımova "Sən də Olivia-nı Seç" deyərək bütün sevənlərini onunla bir olmağa çağırıb.
Qeyd edək ki, video-çarx cəmi bir həftə ərzində 1,5 milyondan çox izlənib. Üstəlik, Xalq artisti öz rəsmi sosial media hesablarında da bu barədə paylaşım edib, paylaşıma musiqinin yeni versiyası barədə maraqlı şərhlər də yazılıb.
Daha ətraflı məlumat və təkliflər üçün "Olivia"nın sosial şəbəkələrini izləyə bilərsiniz.
Xüsusilə "Olivia" üçün yenidən yazılmış "S.O.S" mahnısının yeni versiyası ilə buradan tanış ola bilərsiniz:
"Azərbaycan Respublikasının Xalq artisti" teqi üzrə xəbərlər
- Putin ABŞ və Qərbi hədələdi - Xəbərlərin 20:00 buraxılışı
- Ağadadaş Ağayev mülki iddia qaldırdı: 450 min manat istəyir
- "WhatsApp"da 20 manatla başlayan məşhurluq sevdası: Bakıda aktyor "fabriki" narazılıq yaratdı
- Ağadadaş Ağayevin balta atdığı mühafizəçi hakim qarşısına çıxarılır
- Xalq artisti xatirələrini vərəqlədi: "Beynimə nə gəlirdisə, onu da edirdim"
Rəylər