“Porsche” tam elektrikli idman avtomobilləri sıralamasını yeniləyərək “Taycan Turbo GT” və “Taycan Turbo GT” (Weissach Package) modellərini təqdim etdi. 0-100 km/saat sürətlənməsi 2,2 saniyə olan yeni “Taycan Turbo GT” (Weissach Package), 1108 at gücünə sahibdir. Elektromobilə əlavə edilmiş “Attack Mode” sayəsində 120 kW-dək əlavə güc təmin edə bilən “Taycan Turbo GT”, həmçinin də son günlərdə avtomobil dünyasının gündəmində olan “Porsche Active Ride” asqı sisteminə sahibdir.
Məşhur Nürburq trekində 7 dəqiqə 07,55 saniyə rekordu ilə “Taycan Turbo S”in rekordunu yeniləyən yeni “Taycan Turbo GT”, elektromobillər dünyasında qaydaları dəyişməyə hazır olduğunu sübut etdi. Təbii ki, burada “Turbo GT”nin təkmilləşdirilmiş əyləc sistemi, döngələrdə göstərdiyi performans, aerodinamika və avtomobilin sürətlənmə zamanı stabilliyini qoruması da böyük rol oynayır.
“Porsche Bakı Mərkəzi” tərəfindən, yeni “Taycan Turbo GT” modellərinin rəsmi satışına və öncədən sifarişlərin qəbuluna start verilib.
Daha ətraflı məlumat almaq üçün “Porsche Bakı Mərkəzi” ilə əlaqə saxlamağınız xahiş olunur.
“Porsche Bakı Mərkəzi”
Əlaqə: (050) 511 33 44
Ünvan: Mikayıl Əliyev, 7.