Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bir neçə gündən sonra Günəş gözümüzdə daha böyük görünəcək
2 yanvarda Yerlə Günəş arasındakı məsafə il ərzində ən yaxın vəziyyətdə olacaq. Bu səbəbdən Günəş diskinin görünən diametri iyul ayına nisbətən təxminən 3 faiz daha böyük müşahidə ediləcək.
TASS-ın məlumatına görə, bu barədə Moskva Planetariumundan bildirilib:
"Yanvarın 2-də, şənbə günü Yer kürəsi Günəşə ən yaxın məsafədə olacaq və bu, 2021-ci ildə Günəşin ən böyük diskini müşahidə etməyimizə imkan verəcək. Onun görünən diametri maksimum olacaq, nəticədə səma cisminin diski 3 faiz daha böyük görünəcək”.
Həmin gün Yer ilə Günəş arasındakı məsafə təxminən 147 milyon km olacaq.
Ən çox oxunanlar