Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
2018-ci ildə dünyanın möhtəşəm memarlıq nümunələri - FOTO
2018-ci ildə bütün dünyada tamamilə müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş möhtəşəm memarlıq nümunələri hazırlanıb.
Oxu.Az həmin nümunələrin siyahısını təqdim edir:
1. Moskvadakı “Skoltexa” kampusu
“Herzog & de Meuron” bürosunun arxitektorları tərəfindən kampusun layihəsi hələ 2012-ci ildə hazırlanıb. Onların əsas məqsədi mərkəzi Skoltex elm və texnologiya institutu olan “Skolkov” məhəlləsini yaratmaq idi.
Universitetin özü üç hissədən – Şərq, Aqor və Qərb hissəsindən ibarətdir.
2. “Zaha Hadid Architects”in layihəsi olan “Morpheus” hoteli
İyunun 15-də Çinin Makao bölgəsində “Zaha Hadid Architects”in layihəsi olan “Morpheus” hotelinin açılışı oldu. “Morpheus” “City of Dreams” kompleksinin beşinci qülləsidir. Onun layihəsi 2012-ci ildə hazırlanmağa başlanılıb.
3. Devid Çipperfildin layihəsi əsasında “Amorepacific” mənzil-qərargahı
Devid Çipperfildin layihəsi əsasında “Amorepacific”in yeni binası 1956-cı ildən şirkətin nəzdində olan ərazidə hazırlanıb. Seuldakı 30 mərtəbəli bina dərhal gözə çarpır. Onun monolitik strukturunda da “Zaha Hadid Architects”in layihəsi olan “Morpheus” hotelində olduğu kimi, bir neçə boşluq var.
4. Danimarkanın Orxus şəhərində “Byark İnqels” bürosunun layihəsi əsasında hazırlanan liman
“Byark İnqels BIG” bürosu əsasında Danimarkanın Orxus şəhərində nəhəng liman hazırlanıb. Burada eyni anda 650 nəfər istirahət edə bilər. Bununla bu tikili dənizdə tikilən ən nəhəng liman olub. Burada böyük və kiçiklər üçün hovuzlar var.
5. Olafur Eliassonun layihəsi əsasında hazırlanan “Kirk Kapital” şirkətinin mənzil-qərargahı
Danimarkanın Vayle şəhərciyində bu ilin iyununda “Kirk Kapital” şirkətinin yeni mənzil-qərargahı açılıb. Bina Olafur Eliassinun ilk arxitektur layihəsi olub. Bina suda yerləşir və bura yalnız kiçik körpünü keçməklə daxil olmaq mümkündür.
6. Vyetnamda dünyanın səkkizinci möcüzəsi
Bu il Vyetnamda tikilən “Qızıl körpü”nü dünyanın səkkizinci möcüzəsi adlandırırlar. Qeyri-adi arxitektura layihəsi ölkənin Ba Na Hills kurort şəhərciyində həyata keçirilib. Layihənin reallaşmasına iki milyon dollar xərclənib. Körpü unikal olmaqla nəhəng qayaların üzərindən salınıb və ətrafdakı gözəllikləri seyr etmək üçün baxış meydançası rolunu oynayır.
Vyetnam hakimiyyəti hesab edir ki, gözəl təbiət qoynunda salınmış körpü hər il 100 minlərlə turisti ölkəyə cəlb edəcək.
7. BIG bürosunun layihəsi əsasında hazırlanan “Shenzhen Energy” şirkətinin mənzil-qərargahı
Bina Çinin Şentjen şəhərinin mərkəzində yerləşir. Qeyri-adi dizayna sahib olan binanı yerli sakinlər “büzüşmüş” göydələn adlandırırlar. Binanın fasadı güzgülərlə örtülüdür və bu da gün şüalarının göydələndə əks olunmasına və ofisdə temperaturun normal saxlanılmasına imkan verir. Bu, hətta “Shenzhen Energy” üçün vacib olan enerji qənaətinə də şərait yaradır.
8. Frenk Qerin layihəsi əsasında “Facebook”un yeni kampusu
“Facebook”un Silikon vadisindəki mənzil-qərargahında Frenk Qerin layihəsi əsasında yeni kampusu açılıb. Yeni binanın tikintisi 18 ay davam edib.
9. OMA-nın layihəsi əsasında hazırlanmış Qətər milli kitabxanası
Qətər milli kitabxanası bir mənzil formasında hazırlanıb. Burada kitab saxlanılan hissə və oxu zalı mövcuddur. Görünüşünə görə bina bir müddət öncə Yer kürəsinə eniş edən kosmik gəmini xatırladır.
10. Alvaro Siza Veyeranın layihəsi əsasənda Bretanidə hazırlanmış beton kilsə
Portuqaliyalı arxitektor Alvaro Siza Veyera Fransanın Renn şəhərinin Sen-Jak-de-la-Land bölgəsində ağ beton kilsə tikib. Bu, XXI əsrdə Bretanidə tikilmiş ilk kilsədir. Bölgədə 10 min insan yaşayır və evlər betondan hazırlanıb. Arxitektor da buna uyğun olaraq, binanı ağ betondan hazırlayıb.
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər