Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aktivist: "Əsas problem ayrılan vəsaitin konkret ünvanlara çatmamasındadır"
"İqlim dəyişikliyində maliyyənin idarə edilməsi və onun ədalətli bölgüsü ən əhəmiyyətli məsələdir. Hesab edirəm ki, problemin kökü də buradan qaynaqlanır".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bermud adalarından Bakıda keçirilən COP29 iqlim konfransına qatılan ekspert va aktivist Uilyam Kempbell deyib.
Aktivist vurğulayıb ki, maliyyənin yanlış idarə edilməsi və ədalətsiz bölgüsü ən çox qida çatışmazlığında özünü büruzə verir:
"Dünya əhalisinin 50 faizdən çoxu qida çatışmazlığı problemindən əziyyət çəkir. Lakin hesab edirəm ki, burada əsas problem ayrılan vəsaitin konkret ünvanlara çatmamasındadır. ABŞ və onun kimi inkişaf etmiş dövlətlər bu problemlərin həllində bizə yardım etməlidirlər".
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- Baş katib: "Azərbaycan sədrliyi AQEM-in səmərəliliyinin artırılmasını hədəfləyir""
- Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
- Prezident İlham Əliyev Davosda Xorvatiyanın baş naziri ilə görüşüb
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
Rəylər