Boliviyada xilasedicilər Amazon bataqlıqlarında yüngülmühərrikli təyyarənin qəzaya uğramasından təxminən iki gün sonra bir pilot, üç qadın və bir uşağı taparaq xilas ediblər.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, bu barədə respublikanın Mülki müdafiə orqanı məlumat verib.
Qeyd olunur ki, 27 yaşlı pilot Andres Velarde təcili eniş edə bilib, lakin təyyarə timsah yuvasının yaxınlığında yerə enib. Pilot bildirib ki, insanlar sürünənlərin tökülən yanacağın kəskin qoxusundan qorxması sayəsində xilas olublar.
Bildirilir ki, insanlar timsahların əhatəsində olan bataqlıqda təxminən 36 saat vaxt keçiriblər və onlar kabinədən çıxara bildikləri şokolad və manioka unu ilə qidalanıblar. Bütün bu müddət ərzində onlar qəzaya uğrayan təyyarənin damında olublar.