Bir neçə gün əvvəl Liverpulda İngiltərə çempionatının 34-cü turunda "Liverpul"un "Tottenhem"lə oyunu (5:1) zamanı alimlər minlərlə pərəstişkarın tullanması nəticəsində yerdə yaranan titrəyişləri ölçüblər.
Oxu.Az knife.media-ya istinadən xəbər verir ki, Liverpul Universitetinin tədqiqatçıları matç boyu izdihamın hərəkətlərini qeydə alıblar.
Məlum olub ki, 60 415 azarkeş altı qola cavab olaraq, əsl seysmik aktivlik yaradıb. Ən güclü "təkan" Aleksis Makallisterin zərbəsindən sonra baş verib: maksimal maqnituda Rixter şkalası ilə 1.74 bal təşkil edib.