İyulun 4-də Fransanın paytaxtı Parisdə əlində ABŞ bayrağı ilə Eyfel qülləsinə dırmanan şəxs polis tərəfindən saxlanılıb.
Oxu.Az "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, həmin şəxs qülləyə dırmanaraq, ikinci və üçüncü yaruslar arasındakı metal konstruksiyaların üzərinə ABŞ bayrağını asmağa başlayıb.
Şübhəli şəxsin saxlanılması və bayrağın endirilməsi əməliyyatı zamanı insanlar meydandan, eləcə də qüllənin hər iki yarusundan təxliyə ediliblər.
Həmin şəxs dindirilmə zamanı bu hərəkətinin səbəblərini izah etməkdən imtina edib.
Qeyd edək ki, iyulun 4-də ABŞ müstəqilliyinin 250 illiyini qeyd edib.