Amerika aviaşirkətləri ölkənin şimali-şərqində gözlənilən tufanla əlaqədar 2 mindən çox reysi ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə “USA Today” “FlightAware”-a istinadən məlumat verir. Fevralın 8-də yerli vaxtla saat 05:20-də (Bakı vaxtı ilə saat 02:02, 9 fevral) ölkə ərzində ümumilikdə 2293 reys ləğv edilib.
Hava proqnozuna görə, tufan Nyu-York, Filadelfiya, Baltimor, Vaşinqton və s. şəhərlərdən yerinə yetiriləcək reyslərə mane olacaq.
N.О.
www.oxu.az