Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-da ekoloji fəlakət: Minlərlə barel neft okeana axdı - FOTO/VİDEO
ABŞ-ın Kaliforniya ştatında neft boru kəmərinin sızması səbəbindən 3 min bareldən çox neft Sakit okeana axıb.
Hadisə ştatın cənubunda Orenc dairəsində “Amplify Energy” şirkətinin boru kəmərində baş verən nasazlıq səbəbindən baş verib. Ekoloji fəlakət artıq yerli faunaya təsir edib: sahildə ölü quşlar və balıqlar tapılıb.
ABŞ-da ekoloji fəlakət: Minlərlə barel neft okeana axdı - FOTO/VİDEO
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisəni araşdırmaq üçün mütəxəssislər göndərib. Hazırda axıntının uzunluğu təqribən 12 kilometrdir və axıntı hələ lokallaşdırılmayıb.
Yerli sakinlərə fövqəladə vəziyyət zonasına getməmələri tövsiyə olunur.
Mənbə: CNN
Ən çox oxunanlar