Şimali Dokota ştatında hüquq-mühafizə orqanı əməkdaşları ştatda boru kəmərinin inşa edilməsinə etiraz edən aksiyanın dağıdılması nəticəsində 117-dən çox şəxs həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ciddi xəsarət alan yoxdur. Saxlanılanlar arasında hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurma yaradan fəal da var.
Həbsə cəhd zamanı qadın üstündə olan tapançadan üç dəfə atəş açıb, amma hədəfə dəyməyib.
N.O.
www.oxu.az