ABŞ-da “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Denver şəhər hava limanına qəza enişi edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, buna təyyarənin mühərrikinin alovlanması səbəb olub.
Aspen-Denver marşrutu üzrə uçan təyyarənin sərnişinləri dərhal təxliyə edilib. Hadisə nəticəsində zərərçəkən olmayıb. İnsidentin səbəbləri barədə hələ ki məlumat verilmir.
N.O.