Avqustun 13-ü, cümə axşamı günü Amerika Birləşmiş Ştatlarının eyni anda üç ştatında - Alabama, Oklahoma və Tennesidə ölüm hökmlərinin icrası nəzərdə tutulur. Bu, son 16 il ərzində ABŞ-də üç edamın bir gündə həyata keçiriləcəyi ilk hadisə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Alabama ştatında Ceremi Uilyamsın ölümcül inyeksiya vasitəsilə edam olunması gözlənilir. O, 2021-ci ildə beş yaşlı qızın zorlanması və qətlə yetirilməsində təqsirli bilinərək məhkum edilib.
Oklahomada isə 2003-cü ildə vətəndaş nikahında olduğu həyat yoldaşını öldürdüyü üçün Karlos Kuesta-Rodrigesin ölüm hökmü icra olunmalıdır. Tennesi ştatında 1985-ci ildə dörd uşaq anasını qətlə yetirdiyinə görə məhkum olunmuş Entoni Haynsın edamı planlaşdırılır.