Pakistanın Kəşmir vilayətində 5.4 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatlarına əsasən, zəlzələnin episentri Battaqram şəhərindən 260 km şimal-şərq istiqamətində yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə qeydə alınıb.
Təbii fəlakət nəticəsində xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat daxil olmayıb.
Qaynar xətt:
(055) 224 12 12