Şimali Karolinanın (ABŞ) Mekston şəhəri yaxınlığında baş verən atışma iki nəfərin həyatına son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə Robeson Şəhər Şerif Ofisi məlumat verib.
Şerif Ofisinin "Facebook" səhifəsində yayımladığı açıqlamada bildirilir ki, on üç nəfər güllə yarası alıb, onlardan ikisi ölüb, qalanları isə yaralanıb.
Atışma böyük bir məclisdə baş verib, hadisə yerində 150-dən çox insan olub.
Yerli hakimiyyət orqanları hazırda istintaqın aparıldığını və sakinlər üçün heç bir təhlükə olmadığını bildiriblər.