ABŞ-də qeyri-qanuni miqrantlara qarşı reydlərə etirazlar Kaliforniyadan Texas, Kentukki və Corciya ştatlarına da yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Xüsusilə, Texas qubernatoru Qreq Ebbot hazırda Ostin və Dallasda etirazların keçirildiyini bildirib.
Həmçinin, Kentukki və Corciya ştatlarının ən böyük şəhərlərində - Luisvill və Atlantada da immiqrasiya əleyhinə etirazların keçirildiyi bildirilir.