ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində İngiltərə millisinin futbol üzrə dünya çempionatı (DÇ-2026) üçün təlim-məşq bazasının yaxınlığında atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, hadisə iyun 6-da gecə saatlarında baş verib. Nəticədə doqquz nəfər həyati təhlükəsi olmayan xəsarətlərlə yerli xəstəxanalara yerləşdirilib.
Hüquq-mühafizə orqanları hələlik heç bir şübhəli şəxsi saxlamayıb, axtarışları davam etdirir. Hadisənin motivi ilə barədə məlumat verilməyib.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.