ABŞ-də kitabxanadan götürülən kitab 82 ildən sonra geri qaytarılıb.
Oxu.Az bu barədə UPI saytına istinadla xəbər verir.
"Uşağınız, ailəsi və dostları" adlı kitab Texas ştatının San Antonio şəhərindəki kitabxanaya geri qaytarılıb. Qeyd olunur ki, kitab 1943-cü ilin iyulunda götürülüb və 28 gün ərzində qaytarılmalı idi.
Lakin kitab 2025-ci ilin iyun ayında Oreqondan bağlama şəklində göndərilib.
Bağlamanı göndərən şəxs qeyddə kitabı atasının əşyalarından tapdığını yazıb. O, kitabı nənəsinin götürdüyünü güman edir. Nənəsi isə 1943-cü ildə işləmək məqsədilə Meksikaya göndərilib.
Bildirilir ki, 2021-ci ildə kitabxana gec qaytarılan kitablar üzrə cərimələri aradan qaldırıb, ona görə də heç bir ödəniş tələb olunmur.