ABŞ-də meşə yanğınları ölkənin şimal-şərqinin 27 milyon sakinini təhdid edir.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" xəbər verir.
Meşə yanğınlarının yayılmasına güclü külək və təxminən 25-30% nisbi rütubət kömək edir. Xüsusilə Nyu-York və Boston şəhərləri təhlükə altındadır.
Nyu-York Yanğından Mühafizə İdarəsinin məlumatına görə, təkcə bu ay şəhər yaınlığında100-dən çox yanğın baş verib.
Aktiv meşə yanğınları xüsusilə Nyu-York bölgəsində havanın keyfiyyəti ilə bağlı narahatlıqları artırır.
Rəylər