ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki son günlərdə Donbasda barışığın saxlanılmasında proqresi qeyd edib. Oxu.Az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
“Son iki gündə pozuntuların sayı azalıb. Bunu irəliyə atılmış pozitiv addım adlandıraraq kifayətlənə bilərəm”, - Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib.
Qeyd edək ki, öncə ATƏT Donbasda atəşkəsin saxlanılması rejimində pozuntular qeydə alıb, lakin verilən məlumata görə, ümumilikdə Ukraynanın cənub-şərqində vəziyyət sakit olub.