Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ dövlət katibi Marko Rubio alnında xaçla ekrana çıxdı
ABŞ dövlət katibi Marko Rubio alnında küllə çəkilən xaçla "Fox News" telekanalının efirinə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru nəşri məlumat yayıb.
Məlumata görə, bu xaç katoliklər üçün Böyük Orucluğun başlanmasını simvolizə edir. Rubio katolikdir və o, tamaşaçılarla görüşdən əvvəl dini mərasimdə iştirak edib.
Telekanal qeyd edib ki, siyasətçinin dini simvol ilə görüntülənməsi bu səviyyəli dövlət məmurları üçün nadir haldır.
Müqəddəs Yekaterina Roma Katolik Kilsəsinin keşişi Yuri Dorogin bildirib ki, küldən olan xaç katoliklər üçün Böyük Orucun başlanğıcını göstərir. Möminlər tövbə əlaməti olaraq və "Biz torpağıq və torpağa da qayıdacayıq" ifadəsinin xatirəsinə alınlarına küldən xaç qoyurlar.
Doroginin fikrincə, katolik kilsəsində bu tövbə tək Allaha deyil, insanlara da ünvanlanır.
"Marko Rubio" teqi üzrə xəbərlər
- Marko Rubio: "Ukraynadakı münaqişə ABŞ və Rusiyanın proksi müharibəsidir"
- Panama prezidenti Trampı yalançı adlandırdı
- Panama kanalına kimin məsul olacağı açıqlandı - Tramp göstəriş verdi
- ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
- Marko Rubio: "Avropalılar ABŞ-yə Ukraynadakı müharibəni uzatmağı təklif ediblər"