ABŞ-ın İstanbuldakı konsulluğu yaxınlığında naməlum şəxs özünü partladacağı ilə hədələyib.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, şəxsiyyəti müəyyənləşdirilməyən şəxs “Üzərimdə partlayıcı var” deyərək ətrafdakıları təhdid edib. Əraziyə polis cəlb edilib və o saxlanılıb.
Onun Yaxın Şərq ölkələrindən birinin vətəndaşı olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər hansı təhlükənin olmadığını müəyyənləşdiriblər.
Hadisənin təfərrüatı araşdırılır.
A.S.