Respublikaçı senatorlar Marko Rubio, Todd Yanq və Con Kornin ABŞ Konqresinə İrana qarşı yeni sanksiyalar barədə qanun layihəsini çıxarıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Mark Rubionun saytında məlumat yerləşdirilib.
“Uzun sürən birtərəfli güzəştlər və əvvəlki administrasiyanın mobilliyindən sonra İranın terrorizmi dəstəkləməsinə qarşıdurmanın zamanı gəlib çatıb”, - konqresmenin bəyanatında deyilir.
“İran əvvəlki kimi terrorizmi, müttəfiqlərimiz və bizim vətənimiz üçün təhlükəli olan ballistik raketlərin aqressiv inkişafını, qoşunların yerləşdirilməsini dəstəklədiyi üçün təhdid olaraq qalır”, - senator vurğulayıb.
Yeni tədbirlərə İslam İnqilabının Mühafizəçiləri Korpusu (İİMK), “Mahan Air” aviaşirkətinə, eləcə də İranın ballistik proqramına və onunla əlaqəli iqtisadiyyat sahəsinə aidiyyəti olan insanlara qarşı məhdudlaşdırıcı tədbirlər daxildir. İİMK-ın payının 25%-dən çox olan bütün təşkilatları ABŞ Xəzinəsi tərəfindən nəzarət edilməsi planlaşdırılır. Ehtimal edilən tədbirlərdən biri – İrana qarşı artıq qüvvədə olan insan haqlarının pozulmasına görə tətbiq edilən sanksiyadır.
N.О.
www.oxu.az