ABŞ məhkəməsi Prezident Donald Trampın 12 transseksual məhbusun kişi həbsxanalarına köçürülməsi ilə bağlı verdiyi sərəncamın icrasını dayandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "USA Today" nəşri məlumat verib.
"Federal hakim Prezident Donald Trampın göstərişinə zidd olaraq, Ədliyyə Nazirliyinin 12 transseksual qadın məhbusu kişi həbsxanalarına köçürməsinə mane olub", - deyə nəşr yazıb.
Hakim öz qərarını onunla əsaslandırıb ki, məhbusların köçürülməli olduqları kişilər üçün islah müəssisələrinin onların hazırda cəzalarını çəkdikləri yerdən daha təhlükəsiz olub-olmayacağına əmin deyil.