ABŞ-nin gecə saatlarında endirdiyi zərbə səbəbindən Tehran və Məşhəd şəhərləri arasında sərnişin qatarlarının fəaliyyəti dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan təmir briqadaları dəmir yolu xəttinin bərpası işlərinə başlayıblar. Bildirilir ki, hökumət sərnişinlərin daşınması üçün zədələnmiş ərazidən avtomobil nəqliyyatı vasitəsilə yan keçməyi nəzərdə tutan alternativ marşrut hazırlayıb. Qeyd edək ki, iyulun 9-da Məşhəddə Əli Xameneinin dəfn mərasimi planlaşdırılır.
Qaynar xətt:
(055) 224 12 12