Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ Senatının komitəsi təsdiqlədi: Milli Kəşfiyyat İdarəsinin rəhbəri kim olacaq?
ABŞ Senatının Kəşfiyyat Komitəsi Prezident Donald Tramp tərəfindən Milli Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postuna namizədliyi irəli sürülən Tulsi Qabbardı bir səs çoxluğu ilə təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" portalı məlumat verib.
Məlumata görə, Qabbardı doqquz senator dəstəkləyib, səkkizi əleyhinə səs verib.
Portalın qeyd etdiyi kimi, Qabbard namizədliyinin təsdiqlənməsi ilə bağlı dinləmələrdə Ukraynadakı ABŞ bioloji laboratoriyalarına dair "sərt suallarla" üzləşib. O, yalnız Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden üçün əfv istəməkdən imtina etdikdən və komitəyə xaricə səfərləri barədə məlumat verəcəyinə söz verdikdən sonra dəstək ala bilib.
İndi Qabbardın namizədliyi ABŞ Senatının tam tərkibi tərəfindən təsdiqlənməlidir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Yeni buz dövrü nə vaxt başlayacaq? - Alimlərdən AÇIQLAMA
- ABŞ-nin IT sektoru Trampın sözlərindən sonra 1 trilyon dollar itirib
- Kanadanın seçilmiş hökumət başçısından ABŞ-nin tərkibinə daxil olma məsələsinə reaksiya
- İran XİN: "Trampdan heç bir məktub almamışıq"
- Senator Qrem: "Ukraynaya yardımın dayandırılması ABŞ üçün daha pis nəticələrə gətirib çıxaracaq"